Zakir Həsənov göstərişlər verdi

Zakir Həsənov göstərişlər verdi
  02 Avqust 2014    Oxunub:5978
Müdafiə naziri Zakir Həsənov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlara təqdim olunmaları üçün müvafiq göstəriş verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirin tapşırığına əsasən yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir daha şəhid olmuş hərbi qulluqçuların ailələrinə,valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər. Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf etmiş, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər. Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti