Cəbhədə 50-yə yaxın erməni öldürülüb

Cəbhədə 50-yə yaxın erməni öldürülüb
  01 Avqust 2014    Oxunub:69183
Bu gün cəbhə xəttində 8 əsgərimizin həlak olması təbii ki, böyük faciədir. Amma savaş olan yerdə qurbanlar da olur. Cəbhə xəttində isə son günlər atəşkəs intensiv şəkildə pozulur.

Belə ki, AzVision.az-ın əldə etdiyi məlumata görə, təkcə son günlər ərzində Azərbaycan tərəfi ermənilərin 50-yə yaxın əsgər və zabitini məhv edib.

Xəbəri verən mənbə onu da əlavə etdi ki, Ermənistan hökuməti və mediası bu barədə informasiyaları ciddi-cəhdlə gizlədir və cəmi 2 nəfər əsgərin ölməsi haqda məlumatı açıqlayıblar. Məqsəd erməni cəmiyyətində təşvişin yaranmasına imkan verməməkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti