Telekanallar rəzalətə son qoydular

Telekanallar rəzalətə son qoydular
  01 Avqust 2014    Oxunub:4873
Bu gün ermənilərlə təmas xəttində milli ordumuz 8 şəhid verib. Azərbaycan bu xəbərlə sarsılsa da bəzi telekanallar insanların dərdinə şərik olmak əvəzinə əyləncəli, çal-çağırlı proqramlar yayımlayıblar. Azərbaycanın qan ağladığı gündə telekanallarda şou-biznes adamlarının şən mahnılar ifa etməsi, qəhqəhəli gülüşləri ictimaiyyət arasında narazılıqla qarşılanıb.
Millət vəkilərindən tutmuş adi oxuculara kimi hər kəs bu rəzalətə son qoyulması üçün telekanal rəhbərlərinə iradlarını bildiriblər.

Bütün bu, etirazlardan sonra nəhayət telekanallarımız səhvlərini düzəlddiblər. Belə ki, hazırda yerli teleməkandan şou və əyləncəli verilişlərin yayımı dayandırılb. Əvəzində xəbər buraxılışları və bədii filmlər efirə verilir.

Belə ki, İctimai Televiziya hazırda “Fəryad” filmini yayımlayır. Azərbaycan Televiziyası və “Xəzər” TV-də animasiya filmi, “Azad Azərbaycan” telekanalında “Cəsur ürək” filmi, “Space” TV-də “Axırıncı aşırım” filmi, “”Lider” kanalında “Mənə güvən” adlı bədii film, “Region” TV-də “Gəl danışaq” adlı tok-şou yayımlanır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti