DİN-dən gürcü azarkeşlərin təxribatı ilə bağlı - Açıqlama

DİN-dən gürcü azarkeşlərin təxribatı ilə bağlı - Açıqlama
  01 Avqust 2014    Oxunub:2877
Daxili İşlər Nazirliyi dünən baş tutan "Neftçi"-"Çixura" qarşılaşmasında qonaq klubun azarkeşlərinin Azərbaycanın bəzi bölgələrinin Gürcüstan ərazisi kimi təsvir edən pankartın qaldırılmasına münasibət bildirib.

AzVision.az-a verilən məlumatda bildirilir ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib.

Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb. Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşun əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb. Ehtimal olunur ki, bu təxribat Azərbaycanla Gürcüstan arasında yaxın dostluq və mehriban qonşuluq münasibətlərini pozmaq istəyən qüvvələrin əməlidir.

Hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.




Teqlər:  





Xəbər lenti