Müdafiə Nazirliyindən 8 şəhidlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən 8 şəhidlə bağlı AÇIQLAMA
  01 Avqust 2014    Oxunub:1587
Müdafiə Nazirliyi ötən gecə cəbhədə baş verən şiddəli atışmalar zamanı 8 hərbçimizin şəhid olması haqda mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı İsa İsmayılovun AzVision.az-a verdiyi məlumata görə, xəbər APA-nın özünə məxsusdur.

“Nazirliyin rəsmi saytında bu barədə məlumat yerləşdirilib. Ona qalsa, 11 hərbçinin şəhid olduğunu yazanlar da var. Saytımızda rəsmi məlumat verilib. Bütün mətbuat ona istinad edib yazmalıdır. Hazırda dəqiqləşdirmələr aparılır. Əgər yeni məlumat olarsa saytımızda məlumat yerləşdiriləcək”,- deyə MN rəsmisi bildirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti