Ərdoğana maşın və təyyarə qadağası

AzVision.az xəbər verir ki, Türkiyənin baş naziri Ərdoğan Vana mitinq üçün gedərkən evdən mülki avtomobillə çıxmalı olub. O, dövlət avtomobilindən istifadə edə bilmədiyi kimi baş nazir kimi yararlandığı dövlət təyyarəsindən də istifadə edə bilməyəcək.
Bu arada Qısıqlı prospektində Ərdoğanı gözləyən yaşlı bir qadın mühafizəçilər tərəfindən uzaqlaşdıılıb. Onun baş nazirlə görüşüb görüşmədiyi məlum olmayıb.
Emin