ASAN-ın gəncəli könüllüləri YAP-a qoşuldular

Naqif Həmzəyev bildirib ki, Gəncə “Asan xidmət” Mərkəzində çalışan partiya fəalları - könüllülər mərkəzdə ərazi ilk partiya təşkilatının yaranması xahişi ilə şəhər partiya təşkilatına müraciət ediblər.
Çıxış edənlər-YAP Gəncə şəhər Təşkilatının İdeoloji şöbəsinin müdiri Hüseyn Budaqov, Gəncə “Asan xidmət” Mərkəzinin rəhbəri Elnur Rzayev, gənclərdən Ülkər Həsənova, Fərid Alməmmədov, Zeynəb Tağıyeva və başqaları ölkəmizdə gənclər siyasətinin uğurla yerinə yetirilməsindən, gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin hər bir sahədə yenilikçilik, təşəbbüskarlıq fəaliyyətindən, Asan xidmət ailəsi olaraq burada yaradılmış sağlam mühitdən, qısa müddətdə kollektivin ictimaiyyət arasında böyük nüfuz qazanmasından söhbət açıblar.
Verilən təkliflər əsasında mərkəzdə ərazi ilk partiya təşkilatının yaranması qərara alınıb. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan mərkəzin rəhbəri Elnur Rzayev səs çoxluğu ilə təşkilatın sədri, Pərvin Quliyev isə müavin seçilib.
Teqlər: