“Financial Times” nəşrinin məlumatına görə, 10 minə yaxın bina yanıb. 180 minə yaxın insan evlərini tərk edib. Daha 95 min istehlakçı isə yanğın səbəbindən elektrik enerjisindən məhrum olub.
Yanğından dəyən ziyan 135-150 milyard dollar civarında qiymətləndirilir. Təbii fəlakət ABŞ-nin müasir tarixinin ən bahalı hadisələrindən biri olacağını vəd edir.
Yanğın Hollivudun da işini iflic edib. Bir neçə layihə Altadena, La Crescenta, La Canada/Flintridge və Pasadena rayonlarında bir neçə layihələrin, o cümlədən “Hiyləgərliklər”, “Pullu xanım”, “Ted”, Fors-major: Los Anceles” və “Fallout” kimi filmlərin çəkilişi dayandırılıb. Yanğın Los-Ancelesdə “Dayandırılmaz” və “Canavar-adam” filmlərinin premyeralarını və “AFI Awards” və “Critics Choice Awards” mükafatları tədbirini ləğv etmək məcburiyyəti yaratdı.
Los-Anceles polisinin açıqlamasına əsasən, yanğınlardan birinin qəsdən yandırma nəticəsində baş verdiyi ehtimal olunur. Faktla bağlı rayonda cinayət işi açılıb. Kennettdə yanğın törətməkdə şübhəli bilinən bir kişini müstəntiqlər tərəfindən saxlanılıb.
- Yanğın qurbanlarının dəqiq sayı hələlik məlum deyil. Los-Anceles rəsmiləri bildiriblər ki, ölənlərin faktiki sayı yalnız yanğın söndürüldükdən və zərər çəkmiş ərazilər yoxlanıldıqdan sonra müəyyən edilə bilər”, - CNN telekanalı xəbər verib.
Mütəxəssislər yanğının geniş əraziyə yayılmasını hava şəraiti ilə izah edirlər. Belə ki, qasırğalı küləklər yanğınları daha da gücləndirir. Yanğınsöndürmə işləri isə su və avadanlıq çatışmazlığı ilə çətinləşir. Rayonun və əyalətin fövqəladə hallar xidmətləri təkbaşına yanğının öhdəsindən gələ bilmir.
İki gün əvvəl Kaliforniyada böyük fəlakət rejimi elan edən ABŞ preizdenti Co Bayden yanğını havadan söndürmək üçün ora 400-dən çox federal yanğınsöndürən, 38 təyyarə və helikopter göndərib. Təsirə məruz qalan ərazilərin təmizlənməsinə 500-dən çox hərbçi cəlb olunacaq. Nəticələrin aradan qaldırılmasını ölkə hökuməti maliyyələşdirəcək.
Qeyd edək ki, bu yanğın nəticəsində Co Baydenin oğlu Hanter Baydenin Los-Ancelesin qərbinda yerləşən Malibu şəhərindəki evi də yanıb. 54 yaşlı Hanter Bayden və həyat yoldaşı Melissa Koen 4 milyon dollar dəyəri olan bu evi ayda 15 800 dollara kirayələyiblər. Bu, üç yataq və üç vanna otağı, habelə Sakit okeana panoram mənzərəsi olan 1950-ci illərdə inşa edilmiş tikili idi.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kaliforniyada baş verən genişmiqyaslı yanğınlarda ştatın qubernatoru Qevin Nyusomu və Los-Ancelesin meri Karen Bassı günahlandırıb. Amerika liderinin sözlərinə görə, fövqəladə vəziyyət onların səriştəsizliyi ilə bağlıdır.
Sahil İsgəndərov
Aygün Xankişiyeva
AzVision.az