Cənubi Koreyada təyyarə qəzası: 179 nəfər ölüb - YENİLƏNİB

   Cənubi Koreyada təyyarə qəzası:    179 nəfər ölüb - YENİLƏNİB
  29 Dekabr 2024    Oxunub:780
Cənubi Koreya “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən “Boeing 737” sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb. Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur. Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

***

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində azı 85 nəfər ölüb.

Cənubi Koreya mediasına istinadla xəbər verir ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb. Nəticədə yanğın əmələ gəlib.

Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub. İlkin ehtimala görə qəzaya səbəb şassi problemi olub. Hadisə yerinə gələn xilasediclər 2 nəfəri sağ çıxarıblar. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Koreya Respublikasının səlahiyyətliləri hesab edir ki, qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.

AzVision.az



Teqlər:





Xəbər lenti