Gürcüstanda prezident seçkiləri başladı: Polis parlamenti əhatəyə alıb

   Gürcüstanda prezident seçkiləri başladı:    Polis parlamenti əhatəyə alıb
  14 Dekabr 2024    Oxunub:1031
Gürcüstanda prezident seçkiləri başlayıb.
Xarici KİV-in yaydığı məlumata görə, Gürcüstan polis qüvvələri şənbə günü ölkənin altıncı prezidentin seçiləcəyi parlament binasına yerləşdirilirlər.

Kaxa Kaladze : "Gürcüstan Avropaya inteqrasiya yolunda addımlar atacaq"
Gazeta.ru yazıb ki, gürcü hüquq-mühafizə orqanlarının əməkdaşları parlament binasına yaxın ərazilərdə ciddi təhlükəsizlik tədbirləri görür, obyektləri bağlayırlar. Binaların qarşısında çoxlu sayda polis maşınları var və parlamentin girişinə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət edirlər.

Qeyd edək ki, parlamentin fəaliyyətini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Müxalif qüvvələr prezidentliyə namizədlərini də irəli sürməyiblər.

Gürcüstanda prezident seçkiləri yerli vaxtla saat 9:00-da başlayıb. Etirazçılar vətəndaşları parlament binasının qarşısına gəlməyə çağırıblar.

Gücüstan son bir ayda siyasi xaos yaşayır. Baş nazir İrakli Kobaxidze noyabrın 28-də ölkəsinin Avropa İttifaqına(Aİ) üzvlük danışıqlarının 2028-ci ilədək dayandırıldığını açıqlayıb. Bundan sonra ölkədə aksiyalar başlayıb. Etirazlar zamanı 400-dən çox müxalifətçi və fəal saxlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Seçki  





Xəbər lenti