Trampa ABŞ preizdentinin maaşı və pensiyası lazım deyil

   Trampa ABŞ preizdentinin    maaşı və pensiyası    lazım deyil
  10 Dekabr 2024    Oxunub:957
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ikinci prezidentlik müddətində dövlət başçısı üçün nəzərdə tutulan bütün maddi nemətlərdən imtina etmək niyyətində olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Donald Tramp “NBC” telekanalına müsahibəsində ildə 400 min dollarlıq prezident maaşını almayacağını və ömürlük pensiyasından da imtina edəcəyini söyləyib.

“Bir sent də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir. Bəlkə də Corc Vaşinqton istisna edilməklə mən işinə görə maaş almayan ilk ABŞ prezidenti ola bilərəm”, - Donald Tramp iddia edib.

Qeyd edək ki, ilk prezidentlik müddətində dövlət başçısı maaşından imtina edən Tramp həmin vəsaitləri xeyriyyəçiliyə və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəldib. “Forbes” jurnalının məlumatına görə, ABŞ-nin gələcək prezidentinin sərvəti 2,3 milyard dollar civarında qiymətləndirilir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Tramp   maaş   pensiya   imtina  





Xəbər lenti