Ərdoğan: "Türkiyə terrordan azad Suriya istəyir"

      Ərdoğan:    "Türkiyə terrordan azad Suriya istəyir"
  10 Dekabr 2024    Oxunub:1127
"Türkiyə Suriyada vətəndaş müharibəsinin ilk günündən bəri bu ölkənin ərazi bütövlüyünün və sabitliyinin qorunmasını dəstəkləyib".
Məlumata görə, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO alyansının Baş katibi Mark Rutte ilə telefon danışığı əsnasında deyib. Tərəflər Suriyadakı cari hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

"Suriyanın idarəçiliyi məhz Suriya xalqı tərəfindən həyata keçirilməlidir. Türkiyə vahid və terrordan azad Suriyanın qurulması üçün lazımi dəstəyi verəcək", - Ərdoğan vurğulayıb.
Fidan: "Yeni dövr başlayır"

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   NATO   Suriya   danışıqlar  





Xəbər lenti