Zəfər Günü ilə bağlı ETSN-də şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışılıb, qüdrətli ordumuzdan, Azərbaycan igidlərinin misilsiz qəhrəmanlığından söz açılıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsinin heç bir zaman unudulmayacağı vurğulanıb.
Sonda şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
AzVision.az
Teqlər: