“Audi” və “BMW”nin işçiləri tətil elan etdilər

“Audi” və “BMW”nin işçiləri tətil elan etdilər
  29 Oktyabr 2024    Oxunub:857
Bu gün Almaniyada "Audi" və "BMW" avtomobil şirkətlərinin işçiləri daha yüksək əmək haqqı və az iş saatı tələbi ilə tətil elan ediblər.
AzVision.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Artıq BMW-nin Dingolfing, Landshut və Regensburg fabriklərində işçilər işlərini tərk ediblər.

"Audi" və "BMW" kimi yüksək səviyyəli avtomobil şirkətlərində çalışan işçilər gələn həftə keçiriləcək toplantıda istədikləri şərtlərin qəbul olunması üçün indidən daha çox əmək haqqı və daha az iş saatı tələbi ilə tətil elan ediblər. Onlara metallurgiya və elektrik sənayesinin digər işçiləri də qoşulub. Gün ərzində ölkə ərazisində istehsal sahələrində işlər dayandırılıb. Etirazçıların əsas tələbi isə əmək haqlarının 7% artırılmasıdır.

AzVision.az




Teqlər:





Xəbər lenti