Ceyhun Əhmədov: "Genetik xəstəliklərin aşkarlanması üzrə tədbirlər görülür"

   Ceyhun Əhmədov:    "Genetik xəstəliklərin aşkarlanması üzrə tədbirlər görülür"
  25 Oktyabr 2024    Oxunub:1128
"Qəbələ Rayon Mərkəzi Xəstəxanasında genetik xəstəliklərin aşkarlanması istiqamətində müəyyən tədbirlər həyata keçirilir".
AzVision.az xəbər verir ki, bu sözləri Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (Xəstəxana) təşkil olunmuş mediatur zamanı deyib.

"Bu məqsədlə Respublika Pernatal Mərkəzinin dəstəyi ilə müəyyən aylarda hamilə qadınlardan müvafiq testlərin və yeni doğulmuş uşaqlardan daban testlərinin götürülməsi həyata keçirilir. İl ərzində aparılan testlərdə hər hansı ciddi genetik xəstəlik aşkarlanmayıb".

O, eyni zamanda, Qəbələ, Oğuz, İsmayıllı, Şəki kimi endemik ərazilərdə endokrinoloji xəstəliklərin xüsusilə daha çox müşahidə olunduğunu diqqətə çatdırıb.

"Bu xəstələr Dövlət Proqramı çərçivəsində dərmanlarla təmin olunurlar", - o deyib.

Səbinə Həsənova
AzVision.az


Teqlər: TƏBİB   Qəbələ   mediatur  





Xəbər lenti