Prezidentimiz Tatarıstanın "Dostluq" ordeni ilə təltif olunub

   Prezidentimiz Tatarıstanın "Dostluq" ordeni ilə təltif olunub
  23 Oktyabr 2024    Oxunub:366
Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.
AzVision.az xəbər verir ki, bu barədə Fərmanı Tatarstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevlə Kazanda görüşündə oxuyub.

İlham Əliyev bu ordenlə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə təltif edilib.

AzVision.az


Teqlər: Prezident   təltif  





Xəbər lenti