Azərbaycanda il ərzində uşaqlara ən çox qoyulan adlar - SİYAHI

Azərbaycanda il ərzində uşaqlara ən çox qoyulan adlar -    SİYAHI
  23 Oktyabr 2024    Oxunub:339
Bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.
AzVision.az xəbər verir ki, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur, qızlara isə Zəhra adı verilib.

Belə ki, bu adlar sözügedən müddətdə müvafiq olaraq 1 488 oğlana və 1 044 qıza qoyulub.

Bundan başqa, 1 160 uşağa Əli, 1004-nə Yusif, 1 146 uşağa Hüseyn, 1 033 uşağa Zeynəb, 1 031 uşağa Məryəm, 951-nə Aylin, 777-nə Fatimə, 731-nə isə Mələk adı qoyulub (Report).


AzVision.az



Teqlər:





Xəbər lenti