Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri ilə görüşüb
  22 Oktyabr 2024    Oxunub:569
Oktyabrın 22-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin qurulduğu, bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyi vurğulanıb.



Danışıqlar zamanı Azərbaycanın müasir müdafiə sənayesinin inkişafı istiqamətində görülən işlər və uğurlu nəticələr haqqında fikir mübadiləsi aparılıb.



Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti