Naxçıvanda Yaşıl enerji Könüllüləri yaradılıb

Naxçıvanda Yaşıl enerji Könüllüləri yaradılıb
  14 Oktyabr 2024    Oxunub:688
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti bölgədə alternativ və bərpaolunan enerji mənbələrinin təşviqi məqsədilə yeni bir təşəbbüsə imza atıb. Xidmət tərəfindən həyata keçirilən bu layihə çərçivəsində Yaşıl enerji Könüllüləri yaradılıb.
Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, Yaşıl enerji Könüllüləri COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayevin Naxçıvana səfəri zamanı verilən tövsiyə əsasında formalaşdırılıb.

Layihənin əsas məqsədi Naxçıvanda yaşıl enerjinin imkanlarını və faydalarını geniş kütləyə çatdırmaq, xüsusilə də gənclər arasında ətraf mühitin qorunması ilə bağlı maarifləndirmə işlərini gücləndirməkdir. Könüllülər qrupu bərpaolunan enerji texnologiyalarının tətbiqində, yaşıl enerji sahəsində təlim və infosessiyalar keçirməkdə aktiv rol oynayacaq. Həmçinin könüllülər tərəfindən startup layihələr də təqdim olunacaq. Layihənin tərkib hissəsi olaraq, könüllülər seminarlar, təlimlər və ictimai tədbirlər təşkil edəcəklər. Könüllülər həm də əhalini enerjiyə qənaətə və bərpaolunan enerji mənbələrindən istifadəyə təşviq edəcəklər. Layihənin ilk mərhələsində könüllü qrupu formalaşdırılaraq təlimə cəlb olunacaq.

Könüllülər üçün ingilis dilində kurslar da təşkil ediləcək. Gələcəkdə könüllülərin sayının artırılması planlaşdırılır.


AzVision.az



Teqlər:





Xəbər lenti