Fuad Nağıyev: Qastroturizmin inkişafı ölkəmiz üçün prioritet istiqamətlərdən biridir

 Fuad Nağıyev:  Qastroturizmin inkişafı ölkəmiz üçün prioritet istiqamətlərdən biridir
  14 Oktyabr 2024    Oxunub:739
“Qastroturizmin inkişafı ölkəmiz üçün prioritet istiqamətlərdən biridir. Dövlət Turizim Agentliyi tərəfindən bu sahənin inkişafı üçün genişmiqyaslı işlər görülüb. Bura Milli mətbəx nümunələrimizin qorunması, Azərbaycanın qastronomiya destinasiyası kimi dünyada təbliği istiqamətində işlər daxildir”.
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Aşpazlıq üzrə pilot tədris qrupunun Məzun Günündə deyib.

“Dövlət Turizm Agentliyi tərəfindən milli mətbəx nümunələri pasportlaşdırılıb, ölkənin biomüxtəliflik potensialı aqro-qastro turizm marşrutlarına qazandırılıb. Bundan əlavə, peşəkar kulinarların yetişdirilməsi, gənc aşpazların inkişafı və ixtisaslaşması dəstəklənib. Aşpazlar üçün pilot tədris qrupunun yaradılması da bu qəbildən olan layihələrdəndir. Bu proqram gənc aşpazların peşəkar inkişafı üçün əvəzsiz təcrübədir”,- deyə sədr qeyd edib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti