3-4 aya dünya müharibəsi başlaya bilər - Tramp

  3-4 aya  dünya müharibəsi  başlaya bilər - Tramp
  13 Oktyabr 2024    Oxunub:878
ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti dəfə bəyan edib ki, dövlət başçısı seçilsə, Rusiya-Ukrayna münaqişəsini həll edə və Yaxın Şərqdə “xaosa son qoya” bilər. O, yaxın aylarda dünya müharibəsinin mümkünlüyünü də istisna etməyib.
"Qorxuram ki, içimizdəki (hökumətdəki – red.) bəzi insanlara görə üç-dörd aya dünya müharibəsi başlasın! ", – Tramp Kaliforniyada keçirilən mitinqdə deyib.

Keçmiş dövlət başçısı yeni prezidentlik müddətinə namizədliyini irəli sürüb. Seçkilər noyabrda, inauqurasiya mərasimi isə 2025-ci ilin yanvarında keçiriləcək. Donald Tramp seçki kampaniyası zamanı dəfələrlə dünya müharibəsi risklərindən danışıb və Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində həll edə biləcəyini deyib.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti