Daşkəsəndə qanunsuz tikili sökülüb

Daşkəsəndə qanunsuz tikili sökülüb
  11 Oktyabr 2024    Oxunub:559
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xoşbulaq kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Daşkəsən Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti