Xamenei: "HƏMAS"ın hücumu İsraili 70 il geriyə atdı"

      Xamenei:    "HƏMAS"ın hücumu İsraili 70 il geriyə atdı"
  07 Oktyabr 2024    Oxunub:1149
Bu gün Fələstinin "HƏMAS" hərəkatının İsrailə hücumunun bir ili tamam olur.
İranın ali dini lideri Ayətullah Əli Xamenei bununla bağlı bəyanat yayıb. Onun fikrincə,2023-cü il oktyabrın 7-də "Əl-Əqsa Tufanı" adlandırılan əməliyyat yəhudi dövlətini 70 il əvvəlki hadisələrə qayıtmağa məcbur edib. O, "X" sosial şəbəkəsində ivrit dilində yazıb ki, bu əməliyyat İsraili yarım əsrdən də çox geri atıb.

Ehud Barak: "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər"
Xamenei nə üçün məhz 70 il əvvəli qeyd etdiyini açıqlamayıb. Qeyd edək ki, 1956-cı ildə, yəni 68 il əvvəl, Süveyş böhranı baş verib. Böhran İsrail, İngiltərə və Fransa Misir hakimiyyətinin Süveyş kanalını milliləşdirməsinin qarşısını almaq üçün Misiri işğal etməyə başlayanda yaranmışdı. SSRİ, ABŞ və BMT-nin diplomatik müdaxilələrindən sonra məlum qüvvələr strateji əhəmiyyətli "ticarət arteriyası" sayılan kanalın milliləşdirilməsini qəbul edərək qoşunlarını Misir Ərəb Respublikasından çıxarmışdılar.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlıları Qəzza zolağından İsrail ərazisinə daxil oldular. Əməliyyatlar zamanı xeyli sayda sərhəddə yerləşən yaşayış məntəqələrinin sakinləri öldürüldü və 250-yə yaxın girov götürüldü. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı arzuolunmaz davranışlarına cavab adlandırıb. Bundan sonra İsrail Qəzzanı tam mühasirəyə aldığını elan etdi və yerüstü əməliyyatlara başladı. Proseslərin sonrakı mərhələsində Livan ilə Suriyanın müəyyən bölgələrində də qisas əməliyyatları həyata keçirildi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   İran   Qəzza   Həmas  





Xəbər lenti