Husilər ABŞ PUA-sını vurublar

   Husilər ABŞ PUA-sını vurublar
  16 Sentyabr 2024    Oxunub:1079
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması ABŞ-yə məxsus pilotsuz uçuş aparatına (PUA) zərbə endiriblər.
Bu barədə qruplaşmanın sözçüsü Yəhya Səri yerli televiziyada çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, "General Atomics MQ-9 Reaper" PUA-sı Zəmar vilayəti üzərində vurularaq yerə salınıb.

Bu, husilərin həftə ərzində 3-cü, noyabrdan bəri isə 10-cu ABŞ pilotsuz təyyarəsidir.

Xatırladaq ki, "Husi" terrorçuları oktyabrda İsrail və Fələstinin HƏMAS qruplaşması arasında müharibə başlayandan bəri "Fələstinə dəstək naminə" İsraillə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə almaqdadır. Qruplaşma "Qəzzada Fələstin xalqına qarşı əməliyyatlara son verilmədikcə hücumları dayandırmayacağını" bildirir.

Husilərin hücumları Qırmızı dəniz regionunda ticarət gəmilərinin təhlükəsizlik hərəkətini pozaraq, siyasi gərginliyi artırmaqla yanaşı iqtisadiyyata da mənfi təsir göstərir. ABŞ, Britaniya və Avropa İttifaqının timsalında Almaniya bu hücumların qarşısını almaq məqsədilə regiona qüvvələr göndərib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   husilər   Qırmızı-dəniz   münaqişə  





Xəbər lenti