MOK da Olimpiya medalçılarını mükafatlandıracaq

   MOK da Olimpiya medalçılarını mükafatlandıracaq
  13 Avqust 2024    Oxunub:1732
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyev “Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalanıb.
Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;

ikinci yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat;

üçüncü yeri tutan hər bir idmançıya 50 000 manat, onun məşqçisinə 25 000 manat;

Komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti