Şamaxıda qanunsuz tikintinin qarşısı alınıb

Şamaxıda qanunsuz tikintinin qarşısı alınıb
  07 Avqust 2024    Oxunub:763
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Bildirilib ki, Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib:

"FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb".

AzVision.az



Teqlər:





Xəbər lenti