Türkiyə Xarici işlər naziri: "Türkiyə Qəzzada soyqırım iddiasına qoşulur"

Türkiyə Xarici işlər naziri:    "Türkiyə Qəzzada soyqırım iddiasına qoşulur"
  05 Avqust 2024    Oxunub:1510
Gələn çərşənbə günü Türkiyə İsrailə qarşı qaldırılan Qəzza soyqırımı iddiasına qoşulması üçün lazım olan sənədləri Beynəlxalq Məhkəməyə təqdim edəcək.
AzVision.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı Bədr Əbdüləti ilə birgə mətbuat konfransında deyib.

O, Fələstin anklavında atəşkəs perspektivlərindən danışarkən qeyd edib ki, “İsrail atəşkəs danışıqlarının əsas iştirakçısı (HƏMAS Siyasi Bürosunun rəhbəri) İsmayıl Haniyəni xaincəsinə öldürüb”.

AzVision.az




Teqlər:





Xəbər lenti