“Hərbçilərimiz arasında qumar geniş yayılıb” - Erməni jurnalist

“Hərbçilərimiz arasında qumar geniş yayılıb”    - Erməni jurnalist
  05 Avqust 2024    Oxunub:1607
Ermənistanda qumar oyunları milli faciəyə çevrilib.
AzVision.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb.

Araşdırmaçı Jurnalist Oskan Sarkisyan yazıb ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyəti dövründə qumar oyunlarına inanılmaz dərəcədə şərait yaradılıb: "Qumar, mərc oyunları təkcə İrəvan və böyük şəhərlərdə deyil, ucqar rayonlarda da geniş yayılıb. Tavuş bölgəsində daha çox hərbçilər qumara pul qoyurlar. Əksər hərbi qulluqçular pullarını onlayn mərc oyunlarına xərcləyirlər”.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti