Trampa sui-qəsdi kimlər təşkil edib?

      Trampa sui-qəsdi kimlər təşkil edib?
  05 Avqust 2024    Oxunub:1256
ABŞ-nin sabiq prezidenti və hazırda respublikaçıların prezidentliyə namizədi Donald Trampa sui-qəsdin axrxasında Demokratlar partiyasının rəhbərliyi dayanıb.
“Deep State Leaks” nəşri ABŞ Demokratik Milli Komitəsinin (DNC) əməkdaşının ona sızdırdığı 15 dəqiqəlik telefon danışığından sonra belə nəticə çıxardığını bildirib. Telefon danışığının avqustun 22-də ABŞ-nin keçmiş prezidenti, demokrat Barak Obama ilə onun sabiq müşaviri, hazırda Demokratlar partiyasının əsas strateqlərindən biri olan Devid Akselrod arasında baş verdiyi iddia edilir.

Söhbət zamanı Obama həmsöhbətinə Baydenin seçki yarışından geri çəkilməsinə əsl səbəb onun komandasının Trampa sui-qəsd cəhdindəki uğursuzluğunun olduğunu deyib. O, həmçinin Trampın fiziki şəkildə uzaqlaşdırılması üçün edilən bu cəhdin sonuncu olmaya biləcəyini də vurğulayıb.

“Deep State Leaks” nəşri bu məqamın həmin söhbətdə heç də yeganə sensasiya olmadığını və ifşalarla bir sıra məqalələr buraxacağını da vəd edib.

Trampa qarşı sui-qəsd törədilib
Qeyd edək ki, iyulun 13-də Penslivaniya ştatının Batler şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi, ölkənin keçmiş lideri Donald Trampa sui-qəsd olub. Həmin vaxt qulağından yüngül yaralanan Tramp sonradan uğurla seçki kampaniyasını davam etdirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   sui-qəsd   demokratlar  





Xəbər lenti