Kadırov ukraynalı əsirin görüntülərini yaydı - VİDEO

Kadırov ukraynalı əsirin görüntülərini yaydı    - VİDEO
  05 Avqust 2024    Oxunub:1184
Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında Baxmut istiqamətində rusların əsir götürdüyü ukraynalı hərbçiyə dair video yayıb.
Kadırovun sözlərinə görə, videoda danışan əsgər Vasili Sevke adlı şəxsdir və o, Ukrayna vətəndaşıdır.

Ruslar Britaniyadakı Ukrayna hərbçilərini dronla izləməyə çalışırlar - The Times
Sevke macar əsillidir, Ukrayna Silahlı Qüvvələrinin 5-ci hücum briqadasının əsgəridir. Vasili Rusiya Silahlı Qüvvələrinin 3-cü birləşmiş silahlı ordusunun 4-cü briqadası ilə birlikdə hərəkət edən xüsusi təyinatlı “AXMAT” dəstəsinin əsgərləri tərəfindən əsir götürülüb.

Sevkenin videosunu "AXMAT" xüsusi təyinatlılarının komandiri, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini Aptı Alaudinov lentə alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsir   Ukrayna  





Xəbər lenti