"Yeni nüvə dövləti qonşumuzdur" - Erməni ekspert

      "Yeni nüvə dövləti qonşumuzdur"    - Erməni ekspert
  05 Avqust 2024    Oxunub:1239
Son günlər İranla bağlı cərəyan edən siyasi proseslər Ermənistanda da maraqla izlənilir. Yerli media, politoloqlar hazırda regioanda ən yaxın müttəfiqləri saydıqları rəsmi Tehranın başının üzərində qara buludların olmasından narahatlıqları gizlətmirlər.
Məsələn "Mamul" nəşrinə açıqlama verən siyasi ekspert Hakob Badalyan iddia edib ki, gərginliyi yaradan İsrail dövlətidir: “ABŞ-nin dövlət katibi Antoni Blinken iki həftə şok effekti yaradan açıqlama verdi. Onların məlumatına görə, İran bir-iki həftə ərzində nüvə bombası yaratmaq imkanına malik olacaq.

Blinken: "İranın İsrailə hücumu 48 saat ərzində başlaya bilər"
İsrailin İrana qarşı davranışları və ya İsrail adından atılan addımlar maraqlı gedişlərdir. Bu siyasətə “çoxsifətlilik” deyilir. Təbii ki, analiz edəndə Tehrana qarşı davranışlarda siyasətçilərin bir neçə “sifət”inin olduğunu görərik. Onlardan biri də bu ölkəyə hücumun gərəkdiyini göstərmək üçün münbit şərait yaratmaqdır".

Yəni əvvəlcə İranın nüvə dövləti olmaq hüququnu qanuniləşdirməyə şərait yaradırlar, sonra hücum üçün əllərində əsas yaradırlar.

"Bu mənim subyektiv fikrimdir. İran artıq nüvə bombasına malikdir. Keçən il Rusiyadan Su-35 qırıcılarının alınmasına dair sövdələşmənin əsasən bu məsələ ilə bağlı olduğunu söyləmişdim. Çünki Su-35 nüvə bombası daşımaq və onu atmaq qabiliyyətinə malikdir. Bildiyiniz kimi, nüvə bombasına sahib olmaq nüvə dövləti olmaq anlayışına gəlmir. Gərək onu işə salmağı, istifadə etməyi bacarasan ki, bu da kifayət qədər mürəkkəb texnologiya sayılır. Bir sözlə, ABŞ dövlət katibi İranın faktiki nüvə silahına malik olan bir dövlət olduğunu bəyan etdi ki, bu da Yaxın Şərqdə tamamilə fərqli bir vəziyyət və güc balansı deməkdir", - erməni ekspert qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Nüvə  





Xəbər lenti