O, həmkarları söhbət zamanı ABŞ-nin regionda gərginliyi azaltmaq və genişmiqyaslı müharibənin qarşısını almaq səyləri ətrafında müzakirə aparıb.
"Tehrana hücumunu dayandırmaq üçün təzyiq göstərmək regional müharibədən qaçmağın ən yaxşı yoludur", - Blinken vurğulayıb.
Xamenei İsrailə hücum əmri verib |
Xatırladaq ki, Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca İranın ali dini lideri Əli Xamenei İsraili günahlandıraraq, bu ölkəyə hücum əmri verib.
Firudin Həmidli
AzVision.az