İsrailin şimalı atəşə tutuldu: "Dəmir gümbəz"lər işə düşdü

      İsrailin şimalı atəşə tutuldu:    "Dəmir gümbəz"lər işə düşdü
  04 Avqust 2024    Oxunub:1624
Livanın "Hizbullah" şiə hərəkatı İsrailin şimalındakı Beyt Hillel kəndinə onlarla raket atıb. Bu barədə hərəkatın bəyanatında deyilir.
Bildirilir ki, "İslam müqaviməti" yeni Beyt Hillel qəsəbəsinə onlarla Katyuşa raketi atıb. Qeyd edilir ki, top atəşi İsrail ordusunun Livanın cənubunda məskunlaşan əraziləri atəşə tutmasına cavab olaraq həyata keçirilib.

İsrail Müdafiə Qüvvələri öz növbəsində Livandan atılan 30 mərminin əksəriyyətini tutduğunu bildirir.

"Bir mərmi Beyt Hillel ərazisinə, bir neçəsi isə açıq ərazilərə düşüb. Həlak olanlar barədə məlumat daxil olmayıb”, - deyə ordunun Telegram kanalında bildirilir.

Bundan əlavə, SAXAL mərmilərin buraxıldığı "Hizbullah"ın atış sahəsini və Livanın cənubundakı digər infrastrukturu da hədəfə alıb.

Xatırladaq ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında Qəzza zolağında İsrail hərbi əməliyyatlara başladıqdan sonra daha da pisləşib. Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrailin atəşi nəticəsində Livanın cənubunda 100 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. İsrailin şimalında isə 80 min sakin köçüb.

Uğur Əlizadə
AzVision.az


Teqlər:





Xəbər lenti