ABŞ-də son üç ildə işsizlik ən yüksək səviyyəyə çatıb

ABŞ-də son üç ildə işsizlik ən yüksək səviyyəyə çatıb
  03 Avqust 2024    Oxunub:1426
ABŞ-də işsizliyin səviyyəsi iyulda 4,3 faizə yüksəlib. Bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Əmək Departamenti məlumat yayıb.

Məlumata görə, iyulda ABŞ-də işsizlik son üç ilin ən yüksək səviyyəsinə çatıb. Analitiklər orta hesabla 4,1 faiz səviyyəsində dəyişməz bir rəqəm gözləyirdilər.

Əmək Statistikası Bürosu hesabat dövründə ABŞ-ın 114,000 yeni iş yeri əlavə etdiyini bildirib. Bu, 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyədir.

Aprel ayında İqtisadi Statistika Bürosu (BEA) 2024-cü ilin birinci rübündə ABŞ-da gözlənilən 2,5 faizə qarşı illik dərəcələr baxımından ÜDM-nin artımının 1,6 faiz olduğunu bildirib. Bundan əlavə, ÜDM-nin artım tempi 2023-cü ilin dördüncü rübü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Həmin vaxt bu rəqəm 3,4 faiz olub.

AzVision.az



Teqlər:





Xəbər lenti