Fələstinin radikal HƏMAS təşkilatının siyasi bürosunun rəhbəri, İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində həyatını itirən İsmayıl Haniyə Qətərdə, Dohanın şimalındakı Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.
AzVision.az xəbər verir ki, dəfn xüsusi təhlükəsizlik şəraitində keçib, mərasimə İsmayıl Haniyənin ən yaxın ailə üzvləri və bir neçə Qətər rəsmisi qatılıblar.