Şeyx Məkkəyə gedib

Şeyx Məkkəyə gedib
  02 Avqust 2024    Oxunub:1557
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə avqustun 3-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər Səudiyyə Ərəbistanının İslam işləri, irşad və dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin çağırışı ilə həyata keçirilir.

A.Paşazadə avqustun 4-5-də Məkkə şəhərində keçiriləcək “Mötədillik prinsiplərinin möhkəmləndirilməsində vəqflər və İslam işləri üzrə qurumların rolu” mövzusunda beynəlxalq konfransda iştirak edəcək, məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, səfər çərçivəsində şeyxülislam A.Paşazadənin Krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti