Xəzərin suyu çəkildi, qədim şəhər üzə çıxdı - VİDEO

   Xəzərin suyu çəkildi, qədim şəhər üzə çıxdı -    VİDEO
  01 Avqust 2024    Oxunub:1291
Xəzər dənizində yerləşən Yaşma adası dənizin qabarıb-çəkilməsi ilə sahəsini dəyişib.
Xəzərin suyunun quruması nəticəsində adanın sahəsi artıb. Tarixçilərin bildirdiyinə görə, adada vaxtilə qədim şəhər olub. Şəhərin qalıqları isə zaman-zaman üzə çıxıb. Hazırda suyun çəkilməsi isə Yaşma adasında arxeoloji tədqiqatlar üçün bir fürsətdir.

Qeyd edək ki, Yaşma adası dəniz səviyyəsindən 29 metr aşağıda yerləşir. Düzənlik relyefə malikdir. Giləzi Dili burnundan bir qədər aralıdadır. Sahəsi dənizin qalxıb-enməsi ilə əlaqədar dəyişir. Bəzən hətta materikə birləşərək yarımadaya çevrilir. İnzibati cəhətdən Xızı rayonunun ərazisinə daxildir.

Ətraflı süjeti təqdim edirik:



AzVision.az



Teqlər:





Xəbər lenti