Yararsız 25 ton araxis və 10 ton istiot məhv edilib

Yararsız 25 ton araxis və 10 ton istiot məhv edilib
  31 İyul 2024    Oxunub:963
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Lüks EXP” MMC-nin Özbəkistandan idxal etdiyi “Sam Ekspres Savdo Plus LLC” müəssisəsinin istehsalı olan ümumi çəkisi 10 min 200 kq üyüdülmüş qırmızı istiot məhsulu partiyalarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AzVision.az -a bildirilib ki, müayinələr nəticəsində məhsul partiyasında “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkarlanıb.

Bundan başqa, "Food Fish" MMC tərəfindən Çindən idxal olunan (25.12.2023-cü il istehsal tarixli, 25.12.2025-ci il son istifadə tarixli) ümumi çəkisi 25 min 100 kq olan “JUNAN RUIXING PEANUT FOOD CO. LTD.” müəssisəsinin istehsal etdiyi qovrulmuş araxis məhsulu partiyasından götürülən nümunələrin müayinələri nəticəsində “Aflatoksin B1” miqdarının normadan artıq olduğu müəyyən edilib.

Hər iki faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti