4 300-dən çox müəllimin müqaviləsinə xitam verilib

   4 300-dən çox müəllimin müqaviləsinə xitam verilib
  31 İyul 2024    Oxunub:1400
“Bu günə qədər ölkə üzrə (Bakı şəhəri istisna olmaqla) ümumilikdə 11 min 285 sorğu təsdiq edilib və həmin sorğular üzrə uşaqlar aidiyyəti bağçalara qəbul ediliblər. 47 min 615 nəfər növbəyə yazılıb. Boş yerlərin sayı 56 min 740-dır”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, müəllimlərin təkrar sertifikasiyasında nəticəsi uğursuz olan 4300-dən çox müəllimin müqaviləsinə xitam verilib.

“Müəllimlərin sertifikasiyası üçün 10 500-dən artıq vakansiya təqdim olunub, 22 mindən artıq müəllim müsabiqədə iştirak edib. Müsabiqədə iştirak edə bilmədiyi üçün işdən çıxarılan müəllimlərin dərs saatları həmin məktəblərdə fəaliyyət göstərən digər müəllimlərə paylanılacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti