Ərdoğan: "Nəvəmin məsləhəti ilə Olimpiadaya getmədim"

      Ərdoğan:    "Nəvəmin məsləhəti ilə Olimpiadaya getmədim"
  31 İyul 2024    Oxunub:1058
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Paris-2024" Olimpiya Oyunlarının açılış mərasimi ilə bağlı sərt tənqidi fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o bu barədə Ədalət və İnkişaf Partiyasının əyalətlər üzrə sədrlərinin iclasında danışıb.

"Parisdəki biabırçı mərasim təkcə katolik, xristian aləmini yox, bizi də xəcalətə saldı. Fürsət tapan kimi Papaya zəng vuraraq, bütün xristianlara qarşı törədilən əxlaqsızlıqla bağlı narahatlığımı dilə gətirəcəyəm. Bu əxlaqsızlıq bəşəri dəyərlərin üzləşdiyi təhlükənin miqyasını çox açıq-aydın göstərdi", - Ərdoğan vurğulayıb.

O həmçinin mərasimdə iştirak etməməsinin səbəbini də açıqlayıb.

"(Fransa Prezidenti Emmanuel - red.) Makron məni dəvət etmişdi, gələcəyimi söyləmişdim, ancaq 13 yaşlı nəvəmin məsləhətindən sonra fikrimdən daşındım. O, mənə "Instagram"dan kadrlar göstərərək, "Baba, getmə! LGBT təbliğatı edəcəklər", dedi. "Yaxşı, qızım, getməyəcəm", söylədim", - Türkiyə lideri bildirib.

(Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və nəvələri)

Firudin Həmidli
AzVision.az


Teqlər: Ərdoğan   Olimpiada   tənqid  





Xəbər lenti