Nazir Ukrayna səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Nazir Ukrayna səfiri ilə COP29-a hazırlığı müzakirə edib
  31 İyul 2024    Oxunub:685
Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti