Parlament seçkiləri: 390-a yaxın namizəd qeydə alınıb

   Parlament seçkiləri:    390-a yaxın namizəd qeydə alınıb
  31 İyul 2024    Oxunub:980
Növbədənkənar parlament seçkilərinə 390-a yaxın namizəd artıq qeydə alınıb.
Nunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 660 nəfər imza vərəqələrini qaytarıb, 1200-dən çox şəxs isə imza vərəqələrini götürüb. Bildirilib ki, 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti