"Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq

"Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq
  30 İyul 2024    Oxunub:957
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq. Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

AzVision.az


Teqlər:





Xəbər lenti