"Qərbi Azərbaycanın zəngin qastronomiya irsi var"

   "Qərbi Azərbaycanın zəngin qastronomiya irsi var"
  29 İyul 2024    Oxunub:1355
"Dövlət Turizm Agentliyi tərəfindən turizmin inkişafı istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilir".
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədr müavini Azad Hüseynova Agentlik və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycanın Qastronomiya Günü" tədbirində deyib.

"Həmin fəaliyyətlərdən biri Azərbaycanın qastronomiya imkanlarının öyrənilməsi və tətbiqi ilə bağlıdır. Bildiyiniz kimi, Qərbi Azərbaycanın çox zəngin mədəniyyət və qastronomiya irsi var. Dövlət Turizm Agentliyi olaraq tədbiri keçirməkdə məqsədimiz tarixi, milli-mədəni dəyərlərimizi qoruyaraq, Qərbi Azərbaycanın qastronomiya imkanlarını və milli-mədəni dəyərlərini təbliğ etməkdir", - o bildirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Qərbi-Azərbaycan-İcması   irs   mətbəx  





Xəbər lenti