Erməni əsgər güllə yarasından ölüb

Erməni əsgər güllə yarasından ölüb
  03 İyul 2024    Oxunub:1036
Ermənistan Silahlı Qüvvələrinin müqaviləli əsgəri müəmmalı şəraitdə ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, iyulun 3-də saat 00:45-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində olan Sarkis Arturoviç Xaçatryan adlı müqaviləli hərbi qulluqçu güllə yarası alıb. Bundan sonra o, ölüb.

Hadisənin detallarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti