İlin sonunadək bağça müəllimləri diaqnostik qiymətləndiriləcək

   İlin sonunadək bağça müəllimləri diaqnostik qiymətləndiriləcək
  01 İyul 2024    Oxunub:1720
İlin sonunadək uşaq bağçalarında çalışan tərbiyəçi müəllimlər üçün diaqnostika imtahanlarının keçirilməsi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məqsəd həmin şəxslərin biliyinin qiymətləndirilməsidir: "Sertifikasiya imtahanlarından fərqli olaraq, burada hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsi olmayacaq. Sadəcə imtahan nəticəsində hər hansı qərarların verilməsinə şərait yaradacaq. Eləcə də hansı tərbiyəçi müəllimlərin təlimə ehtiyac olduğunu başa düşəcəyik, həmçinin onların peşəkar inkişaf proqramlarını hazırlamaq məqsədimiz var".

AzVision.az


Teqlər:





Xəbər lenti