Seçkilər üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib

Seçkilər üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib
  29 İyun 2024    Oxunub:1103
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Komissiya katibi Arifə Muxtarovanın təqdimatına əsasən, namizədlərin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi vaxtı haqqında məlumat verilib.

Qeyd edilib ki, seçki prosesinin yekunlaşması, nəticələrin elan edilməsi ən gec sentyabrın 22-də başa çatdırılacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti