Səbinə Əliyeva Direktorlar Şurasının iclasında iştirak edib
Ombudsman çıxışı zamanı iclasın gündəliyində duran məsələlərə öz münasibətini bildirib. Eyni zamanda, müvəkkil hazırda dünya üçün aktual məsələlərdən biri olan biznes və insan hüquqları sahəsinin önəmini vurğulayıb, bu istiqamətdə təsisat tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Müvafiq sahədə ilkin milli qiymətləndirmə sənədinin hazırlandığını qeyd edib.
Ombudsman Assosiasiyaya üzv ölkələr arasında həmin sahədə təcrübə mübadiləsinin aparılması və birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə qurum nəzdində biznes və insan hüquqları sahəsində regional platformanın yaradılmasını təklif edib.
Daha sonra BMT-nin İnkişaf Proqramının İstanbul regional mərkəzinin nümayəndəsi tərəfindən “Biznes və insan hüquqları üzrə ilkin milli qiymətləndirmə sənədi: Azərbaycan təcrübəsi” mövzusunda təqdimat keçirilib. Təqdimat zamanı müvafiq sahədə BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin Ombudsman təsisatı ilə birgə həyata keçirdiyi əməkdaşlıqdan, milli qiymətləndirmə sənədinin hazırlanması prosesindən bəhs olunub.
AzVision.az
Teqlər: