Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub
  28 İyun 2024    Oxunub:1471
Moldovanın “Purcari Wineries” şirkətinin baş icraçı direktoru Viktor Bostanla görüşdə azad edilmiş ərazilərimizin iqtisadi potensialı və orada şərab zavodunun fəaliyyətinin təşkili barədə müzakirə aparılıb
AzVision.az xəbər verir ki, nazir Mikayıl Cabbarov Şuşada Moldovanın “Purcari Wineries” şirkətinin baş icraçı direktoru Viktor Bostanla görüşüb. Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov da iştirak edib.

Vurğulanıb ki, Azərbaycan və Moldova arasında münasibətlər inkişaf edir, iqtisadi gündəlik genişlənir. Moldova ilə iqtisadiyyatın bir çox sahələri, o cümlədən aqrar istiqamətlər üzrə tərəfdaşlığa dair mövcud potensial qeyd olunub, işğaldan azad olunmuş ərazilərimizdəki biznes layihələrində Moldova şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb.

Tərəflər işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq üçün yaradılmış şərait, potensial əməkdaşlıq və şərab zavodunun fəaliyyətinin təşkili imkanları barədə fikir mübadiləsi aparıblar.

AzVision.az




Teqlər:





Xəbər lenti