Bayden Trampı küçə pişiyinə bənzətdi
“Tariximizdə heç bir prezident belə danışmayıb. Hələ də ittiham edildiyiniz cinayətlər və sizin bütün mülki cəzalarınız barədə düşünün.
Mülki cərimələrə, bir qadına ictimai yerlərdə sataşmağa və arvadının hamilə olduğu gecə porno ulduzla cinsi əlaqəyə girməyə görə neçə milyard dollar ödəməlisən? Nə haqqında danışırsınız? Sizdə küçə pişiyi əxlaqı var”, - Bayden deyib.
“Mən heç bir porno ulduzla cinsi əlaqədə olmamışam”, - deyə Tramp cavabında vurğulayıb. O əlavə edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: